
Göyçay rayonunda arxın kənarını otdan təmizləyən Ucar sakini yerə yıxılaraq ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.
Belə ki, uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Ucar şəhər sakini 1985-ci il təvəllüdlü Rauf Beydullayev Müskürlü kəndində Zülfiyyə Babayevaya məxsus həyətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşib və yerə yıxılaraq ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info