
Göyçay rayonunda sərnişin avtobusu yanaraq külə dönüb. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 10:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.
Göyçay-Bığır marşurutu üzrə hərəkət edən 90-FD-688 dövlət nömrə nişanlı “Otoyol” markalı avtobus sərnişinləri kənddən rayon mərkəzinə apararkən naməlum səbəbdən yolda yanmağa başlayıb. Avtobusun mühərrikində başlayan yanğın qısa müddətdə salonu da əhatə edib. Avtobusda 30 nəfər sərnişin olub.
Hadisə yerində FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Yaxınlıqdakı insanların köməyi ilə avtobusdakı qadın və uşaqlar təxliyə edilib. Heç kim xəsarət almayıb. Avtobus tamamilə yanaraq yararsız hala düşüb. Yaınlıqdakı çinar ağacı da yanıb. Ərazidə yaranan nəqliyyat sıxlığı səbəbindən Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkəti 15 dəqiqə məhdudlaşıb. Yol polisi əməkdaşları nəqliyyatın hərəkətini tənzimləyib və hərəkət təmin edilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
12:15
Göyçayda avtobus yanıb.
Lent.az-ın FHN-in saytına istinadən məlumatına görə, Qarabaqqal kəndində “Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəyi yanğından mühafizə olunub.
Gununsesi.info