Göyçayda dörd avtomobil toqquşdu: Xəsarət alanlar var - FOTOLAR

  • By admin
  • 29 Mart 2023 19:55

Göyçay rayonunda 4 avtomobil toqquşub, xəsarət alanlar var.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Göyçay şəhərinin Heydər Əliyev prospektində VAZ-2107 və “Mercedes” markalı minik avtomobilləri toqquşub.

Nəticədə zərbənin təsirindən hər iki avtomobil yol kənarında dayanmış “Hyundai” və VAZ-2104 markalı avtomobillərə çırpılıb. Hadisə zamanı rayon sakini, 2002-ci il təvəllüdlü Bəkirov Anar Əlikram oğlu xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Digər xəsarət alanların adları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.