Göyçayda güclü külək yanğınlara səbəb olub

  • By admin
  • 17 Fevral 2023 20:32

Göyçay rayonunda havanın küləkli olması yanğınlara səbəb olub.

Gununsesi.info xəbər verir ki, gün ərzində rayonda 7 yanğın hadisəsi qeydə alınıb.

Göyçay rayonunun Kürdəmiş kəndində 100 kvadratmetr ərazidə kol-kos, Alpout kəndində yol kənarı çəpərlər, Çaxırlı kəndində kanalətrafı kolluqlar yanıb. Şıxbəyli kəndində Bəşirov Rüstəm Azər oğluna məxsus bağ sahəsində, Kürdəmiş kəndində Məmmədov Paşa Məhəmməd oğluna məxsus ərazidə yanğın olub. 60 ədəd xurma ağacı yanıb. Bundan başqa ərazidə elektrik naqillərinin də yandığı bildirilir.

Rayonun Potu kəndində də yanğın olub, kol-kos yanıb. Yanğınların genişlənməsinin qarşısı alınıb, alov söndürülüb.

Gununsesi.info