Göyçayda iki avtomobil toqquşdu, sürücülər yaralandı - FOTOLAR

  • By admin
  • 12 Noyabr 2016 12:32

ucar-1

Göyçayda iki avtomobil toqquşub, sürücülər yaralanıb.

 Gunusesi.info xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

RayonunYeniarx kənd sakini, 55 yaşlı Gülağa Zülfüqarovun idarə etdiyi “VAZ 2104” markalı minik avtomobili ilə Qarabaqqal kənd sakini, 53 yaşlı Vüqar Cəbrayılova məxsus “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Hadisə baş verdiyi ərazidə bir müddət avtomobillərin hərəkəti çətinləşib.

Zərbənin təsirindən avtomobillər yarasız hala düşüb.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ucar-2

ucar-3

ucar-4

Günüsəsi.info