Göyçayda insan alveri qurbanları üçün sığınacaq tikiləcək

  • By admin
  • 08 Noyabr 2017 14:00

“Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun Ibirinci mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, ikinci mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq”.

Gununsesi.info-nun məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.

O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb:

“Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur”.

Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.

Gununsesi.info