Göyçayda yanğın hadisəsi yaşandı

  • By admin
  • 12 İyul 2017 23:09

yanqin

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə hadisə bu gün axşam saat 20:00 radələrində Qaraməryəm kəndi ərazisində qeydə alınıb. Kənd sakinlərinə məxsus biçilmiş taxıl sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb edilib.

Hava küləkli olduğu üçün alov qısa vaxtda geniş ərazini əhatə edib və hadisə nəticəsində Çərmədil adlanan ərazidə 4 hektar sahədə saman, quru ot, kol-kos və xırda ağaclar yanıb və alovun nar bağlarına doğru hərəkətinin qarşısı alınıb. Yanğınsöndürənlər 500 hektar taxıl sahəsini yanğından mühafizə ediblər. Yanğın dağlıq ərazidə və dərələrdə baş verdiyi üçün yanğınsöndürən avtomobillər hadisə yerinə yaxınlaşa bilməyib.

Yanğınsöndürənlər alovun qarşısının almaq üçün əl əməyindən və xüsusi alətlərdən istifadə edib və saat 22:00 radələrində, gecənin qaranlıq vaxtı çətinliklə də olsa yanğını söndürə biliblər. Hazırda yanğınsöndürənlər hadisə yerindədir. Yanğının kim tərəfindən törədildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info