Göyçayda yük avtomobili yandı

  • By admin
  • 17 May 2021 09:19

Göyçay rayonunda yük avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Aşağı Qaraməryəm kəndində “QAZ” markalı yük avtomobilinin qoşqusunun təkərləri və qoşquya yığılan 2 ton ot bağlaması yanıb. Avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info