Göydən pul töküldü, küçədə tıxac yarandı

  • Müəllif: admin
  • 18 İyun 2018 12:31

 

İstanbulun Taksim meydanında maraqlı anlar yaşanıb.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, şəhərin  otellərindən birinin eyvanından aşağıya pullar səpələnib. Bunu görən  kütlə dərhal pulları yığmağa başlayıb. Bu isə əraziyə yaxın olan yolda tıxaca səbəb olub.

Bundan sonra əraziyə polis qüvvələri cəlb olunub. Araşdırma aparan polisə məlum olub ki, otelin yuxarı mərtəbəsindən atılan pullar Çin valyutası olub. Pulları səpələyən şəxsin kimliyi barədə isə açıqlama verilmir.