Göydərə kəndində əkin sahələri yandırılıb – Sakinlər məsul şəxsin cəzalandırılmasını istəyirlər

Qobustan rayonunun Göydərə kəndində əkin sahələri yandırılıb.

Bu barədə Gununsesi.info -ya adıçəkilən kəndin sakinləri Faiq Gülalıyev və Bəhruz Poladov bildiriblər.

Onların sözlərinə görə, yanğın qəsdən törədilib. Yanğını törədən şəxsin isə Pərvaz Mustafayev olduğu bildirilir.

Kənd sakinləri onun bu əməlının araşdırılmasını və hüquqi qiymət verilməsini tələb edirlər.

 

Şəbnəm

Gununsesi.info