Göygöl qəzasında ölənlərin sayı beşə çatdı - FOTOLAR

Göygöl rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı beşə çatıb.  

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ölənlərin şəxsiyyəti də müəyyənləşib.

Belə ki, “VAZ-2107” markalı avtomobildə olan sərnişinlər Mahmudov Zamiq Ələddin oğlu, İbrahimov Tural Mamed oğlu, İbrahimzadə Bayram Hüseyn oğlu, Hüseynov Oruc İlham oğlu hadisə yerində keçiniblər. Qəza zamanı ağır yaralanan Qüdrət Atakişiyev Gəncədəki xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib. Amma onun da həyatını xilas etmək mümkün olmayıb.  

Hadisə rayonun Quşqara qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı avtomobillə yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili toqquşub.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

 

27 sentyabr 23:52

Göygöldə avtomobil qəzası baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, “Jiquli” avtomobili ilə yük maşını toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb. 

Hadisə yerinə bir neçə təcili tibbi yardım maşını cəlb olunub.