
Göygöl rayonunda iki ev yanıb.
Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində baş verib.
Kənddə vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və ev əşyaları 86 m2 sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 560 m2 olan 4 otaq və aynabənddən ibarət evdə ev əşyaları 6 m2 sahədə yanıb.
Evlərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info