Göygöl şəhərində zəlzələ olub

  • By ilhame
  • 08 Sentyabr 2024 11:30

Göygöl şəhərində 3,2 maqnitudalı zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 km şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.

Gununsesi.info