
“Xahiş edirik , Göygöl rayonunun Yalqışlaq, Quşçu və Danayeri kəndlərinin yaxın gələcəkdə qazlaşdırılmasını həyata keçirəsiniz”.
Bu müraciətlə müvafiq olaraq Zülfüqar Abbasov, Koroğlu Məmmədov və Gülabatın Abbasova mikrofon önündə çıxış ediblər.
Ümumilikdə 6 müraciətin səsləndirildiyi “Səyyar qəbul otağı”nın digər sakinləri qaz xəttinin yerinin dəyişdirilməsi ilə yanaşı, həm də göstərilən köməklikliyə görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.
Görüşdə ünvanlanan müraciətlər SOCAR “Azəriqaz” İB-nin Gəncə Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin araşdırılmasına qərar verilib.
Gununsesi.info