Göygöldə 55 yaşlı kişi bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

HTML tutorial

1968-ci il təvəllüdlü Səftar Məmmədov döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

55 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, S.Məmmədov tanışı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info