Göygöldə ağır yol qəzası olub, ölən var

  • By ilhame
  • 25 Fevral 2024 17:05

Göygöldə 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələn ağır yol qəzası baş verib.

 

Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı mirkoavtobusla “QAZ” markalı yük maşını toqquşub.

 

Qəza zamanı 1981-ci il təvəllüdlü Duman Abdullayev hadisə yerində ölüb.

 

Xəsarət alanlar isə Şəmkir rayonun Mahmudlu kənd sakinləri 1985-ci il təvəllüldü Vüsal Babayev, 1965-ci il təvəllüdlü Xalidə İsayeva, 1972-ci il təvəllüdlü Xudayar Musayev, 1993-cü il təvəllüdlü Anar Qasımov və 2004-cü il təvəllüdlü Elşanə Musalıdır.

 

Onların xəstəxanaya yerləşdirildiyi qeyd olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info