Göygöldə ferma yanıb: Zərərçəkənlər var

Göygöl rayonunda ferma yanıb.

Gununsesi.org bildirir ki, Report-un məlumatına görə, hadisə rayonun Fikrət Əmirov qəsəbəsində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. Hadisə nəticəsində iki nəfər tüstüdən zəhərlənib. Zəhərlənənlər FHN-in əməkdaşlarıdır. Onlardan biri Göygöl Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Digər şəxs isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org