Göygöldə iki avtomоbil toqquşdu: Biri uşaq olmaqla 3 nəfər xəsarət alıb

  • By admin
  • 10 İyul 2017 06:26

yollllllllllllllllllllllllllllllllll

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Şəmkir rayon sakini, 1953-cü il təvəllüdlü Vəliyev Vəkil İbrahim oğlunun idarə etdiyi “Mercedes” ilə Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Qasımov Mahir Ənvər oğlunun idarə etdiyi “VAZ 21099” markalı avtomobil toqquşub.

Qəza zamanı “VAZ”da olan 1995-ci il təvəllüdlü Allahverdiyeva Əfsanə, 1984-cü il təvəllüdlü İsmayılova Aynura və onun 6 yaşlı övladı Gülmira müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info