Göygöldə iki avtomobil toqquşdu, 6 nəfər xəsarət aldı

Göygöl rayonunda “Opel” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Yaralanan şəxslər aşağıdakılardır.

HTML tutorial

1974-cü il təvəllüdlü Əliyev Hümbət Oqtay oğlu

1978-ci il təvəllüdlü Əliyeva Qızılgül Həmzə qızı

1992-ci il təvəllüdlü Cəfərov Turac Fərmayıl oğlu

1997-ci il təvəllüdlü Tağıyev Orxan Salman oğlu

2002-ci il təvəllüdlü Əliyev Nicad Hümbət oğlu

2007-ci il təvəllüdlü Əliyevə Səbinə Hümbət qızı

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info