Gununsesi.info xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolun 378-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “VAZ 21011” və “KİA” markalı avtomobillər toqquşub. Nəticədə “VAZ”ın sürücüsü 52 yaşlı Hamlet Musayev və digər avtomobildə olan, Şəmkir rayon sakinləri 45 yaşlı Mübariz Lətifoğlu, 26 yaşlı Mirmahmud Əliyev,25 İsmət Rzayev və Mahir İbrahimov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Gununsesi.info