Göygöldə qətl törədilib

  • By admin
  • 07 Avqust 2016 13:48

bicaq

 

Göygöldə qətl hadisəsi törədilib.Gununsesi.info saytı xəbər verir ki, hadisə ötən gün rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Kənd sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Qocayev həmkəndlisi, 1960-cı il təvəllüdlü Cəlal Həsənovu bıçaqla qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Faktla bağlı Göygöl rayon prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

 

Gununsesi.info