Göygöldə qətl - GƏNCƏ SAKİNİ ÖLDÜRÜLDÜ

  • By admin
  • 02 Sentyabr 2017 10:50

bicaqladi

Göygöl rayonunda qətl hadisəsi törədilib.

Gununsesi.info APA-a istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlikli kəndi ərazisində qeydə alınıb. Gəncə sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Faləddin oğlu bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Gununsesi.info