
Göygöl rayonunda xəsarətlə nəticələnən iki avtomobil qəzası olub.
Gununsesi.info-nun məlumatına görə, hər iki hadisə rayonun Çaykənd-Toğana avtomobil yolunda qeydə alınıb.
Belə ki, “Hyundai” markalı minik avtomobili qarşıda hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb, daha sonra isə yol kənarındakı meneəyə dəyib. Qəza nəticəsində sərnişin və sürücülər yüngül bədən xəsarətləri alıblar.
Gununsesi.info