
Gəncə-Şəmkir avtomobil yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə yolun Göygöl rayonunun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Opel” və BMW markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.
Gununsesi.info