Göygöl rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gununsesi.info xəbər verir ki, Bakı-Qazax magistral yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində, qadın sürücü idarə etdiyi avtomobili yolun kənarına aşırıb.
Qəza nəticəsində 1982-ci il təvəllüdlü Sevda Süleymanova və 1987-ci il təvəllüdlü Cəmilə Musayeva xəsarət alıblar.
Zərərçəkənlərin hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info