Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.org xəbər verir ki, qəza avqustun 27-də saat 21 radələrində qeydə alınıb.
Yeni Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.
Gununsesi.org












