
Göygöl rayon Mərkəzi Xəstəxanasında ölüm faktı qeydə alınıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, hadisə xəstəxananın doğum şöbəsində qeydə alınıb.
Gəncə şəhər sakini Əhmədova Aygül Pəhləvan qızı dekabrın 31-də xəstəxanada körpə dünyaya gətirib. Bu gün isə körpə dünyasını dəyişib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Gununsesi.info