Göygöldə ağır qəza - ÖLƏNLƏR VAR

  • By admin
  • 27 Sentyabr 2019 23:54

Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnın yol-nəqliyyat hadisəsi baş verib. 

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə yolun Göygöl rayon Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobilin yük maşınına çırpılması nəticəsində 4 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.org