Göygöldə kişi tanışını qətlə YETİRDİ

  • By admin
  • 02 Sentyabr 2021 09:45

Sentyabrın 1-i saat 19 radələrində Göygöl rayonu, Çaylı kəndi ərazisində kənd sakini 1993-cü il təvəllüdlü Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göygöl rayon prokurorluğundan Gununsesi.info-a verilən məlumata görə, zərərçəkmişin tanışı, 1986-cı il təvəllüdlü Hüseyn Əsgərov şəxsi münasibətlər zəminində bıçaqla Ayxan Hüseynliyə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.

Faktla bağlı Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hüseyn Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq  davam edir.

Gununsesi.info