Göygöldə mebel mağazası qəsdən yandırılıb? - VİDEO

  • By admin
  • 01 Fevral 2023 10:34

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonunun Quşqara kəndində mebel mağazasında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

FHN-dən verilən məlumata görə, “Arzu” mebel mağazasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000 kvadratmetr sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info