Göygöldə qəza:  yaralanan var

  • By admin
  • 13 Dekabr 2017 22:30


Göygöl rayonunda yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Süleymanov Qamət Məzahir oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “BMW”-yə çırpılıb.

Qəzaa nəticəsində xəsarət alan Q.Süleymanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info