Göygöldə yaşlı qadın özünü asdı

  • By admin
  • 22 İyun 2021 23:09

Göygöl rayonunda yaşlı qadın özünü asaraq intihar edib.

Gununsesi.info xəbər verir ki, hadisə Göygöl şəhərinin Şəhriyar küçəsində qeydə alınıb.

Tənha yaşayan rayon sakini, 75 yaşlı C.Kərimovanın yaxınları 2 gün ondan xəbər tutmayıb. Evə gələn qohumları qadını asılı vəziyyətdə görüblər.

Hadisə ilə bağlı polisə məlumat verilib, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır .

Gununsesi.info