Göytəpə və Yevlaxda gənc əsgərlərin andiçmə mərasimi keçirildi

  • By admin
  • 04 Avqust 2022 14:59

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Yevlax rayonunda yerləşən hərbi hissə­lərində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

Çıxış edənlər gənc əsgərlərin Dövlət Sərhəd Xidmətinin heyə­ti sırasına daxil olmalarının sərhəd mühafizəsinin 103-cü ildönümünə təsa­düf etdi­yini, Azərbaycan Respubli­kasının Prezi­denti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı cənab İlham Əliyevin rəh­bə­rliyi altında Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mə­tinliklə döyüş­müş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunul­mazlığını ən yüksək səviyyədə təmin etdiklərini vurğulayıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhəd­lərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaq­larına əminlik ifadə olunaraq onlara müvəffəqiy­yətlər arzulayıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatdırılıb.

Gununsesi.info