Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı icra olunmaqdadır.
Gununsesi.org xəbər verir ki, Bakının Xətai rayonundakı 4 saylı cəzaçəkmə müəssisəsindən 25 nəfər azadlığa buraxılıb. Onların arasında AXCP sədrinin müavini Gözəl Bayramlı da var.
G.bayramlı 2018-ci ilin yanvarında Qazax rayon məhkəməsi tərəfindən qaçaqmalçılıqda təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Eyni zamanda 2013-cü ilin iyun ayında Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə itəqsirləndirilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum olunmuş Şəmsiyyə Bəylərqızı da bu cəzaçəkmə müəssisəsindən evə buraxılıb.