Gözəl Bayramlı və Əfqan Muxtarlıya vəkili ilə görüş verilməyib

  • By admin
  • 05 İyun 2017 15:44

elcin

“İyunun 5-də 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan AXCP sədrinin müavini Gözəl Bayramlı və jurnalist Əfqan Muxtarlı ilə görüşmək istədim. Ancaq buna imkan verilmədi”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda onların vəkili Elçin Sadıqov sosial şəbəkədəki səhifəsində bildirib.

Vəkilin sözlərinə görə, təcridxana rəisinin müavini ilə görüşdə o, bunu müstəntiqi tapa bilməmələri ilə izah edib: “Halbuki buna ehtiyac yox idi. Çünki həm məhkəmə qərarında, həm də başqa sənədlərdə mənim adım vəkil kimi qeyd edilirdi. Görünür, müdafiə etdiyim bu iki şəxs haqqında hansısa qanunazidd əməl baş verir ki, məni onlarla görüşə buraxmadılar”.

Gununsesi.info