Bakıda gözətçi köşkü yanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, hadisə noyabrın 22-də saat 23.00 radələrində Nərimanov rayonu ərazisində yerləşən avtodayanacaqlardan birində baş verib.
Nəticədə köşkün yanar konstruksiyaları yanıb, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş gözətçi, Lənkəran rayon sakini Tərlan Zeynalov isə noyabrın 23-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info