Gözəl Bayramlıya görə aksiya

  • By admin
  • 24 İyul 2017 16:47

 

gozel

Bu gün Xalq Cəbhəsinin bir qrup gənc üzvü Ədliyyə Nazirliyinin qarşısnda etiraz aksiyası keçirib. Etiraz aksiyası partiyanın sədr müavini Gözəl Bayramlıya həbsxanada işgəncə verilməsi və işgəncəyə bənzər davranışa görə keçirilib.

Bayramlıya qarşı qeyri-insani rəftara son qoyulmasını tələb ediblər. Etirazçılar G.Bayramlının fotosu əks olunmuş plakatlar qaldırıblar, “Azadlıq!”, “Gözəl Bayramlının dərmanlarını verin!”,

“Siyasi məhbuslara azadlıq!”, “İşgəncələrə son!” şüarlarının səsləndiriblər.