Gözdən əlilər üzrə qəbul başlayır

  • By admin
  • 29 İyul 2016 11:34

tibb

1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisası üzrə 2016-2017-ci tədris ili üçün gözdən əlil abituriyentlər üçün plan yerləri ayrılıb.

Gununsesi.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) verilən məlumata  görə, sənədlərin qəbulu avqustun 1-dən 15-dək davam edəcək. Belə ki, müsabiqədə iştirak etmək arzusunda olan 1-ci və 2-ci dərəcəli gözdən əlil abituriyentlər müvafiq sənədləri TQDK-ya və ya TQDK-nın Regional bölmələrinə təqdim etməlidirlər.

Qeyd edək ki, müsabiqə 5 iyul tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq. Cari ilin məzunları isə müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Müsabiqədə ümumi balı 20-dən, Ana dili və riyaziyyat fənlərinin hər birindən minimal balı 8-dən az olmayan ( xarici dil və ya kimya fənni üzrə minimal bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlər iştirak edə bilərlər.

Gülnaz Qənbərli

Gununsesi.info