
Qətər ətrafında baş verən proseslər artıq ərəb dünyası daxilində cərəyan edən qarşıdurma həddindən çıxaraq, beynəlxalq bir problemə çevrilib. 4 ərəb ölkəsinin Qətərə qarşı həmləsi və bu həmləni dəstəkləyən qüvvələr hadisələrin gözlənilməz məcrada inkişaf edəcəyini bəlkə də gözləmirdi.
Hadisələr elə sürətlə və mürəkkəb formada inkişaf edir ki, bəzən analitiklər özləri baş verən prosesləri gələcək inkişaf dinamikası ilə bağlı proqnozlar verməkdə çətinlik çəkirlər. Ona görə də, Qətər ətrafına yaranan bu böhran Körfəz ölkələri arasında son 30 ilin ən gərgin və mürəkkəb qarşıdruması kimi dəyərləndirilir. Fransız jurnalist, Yaxın Şərq üzrə mütəxəssis Jorj Malbryuno “Le Figaro”ya yazdığı məqaləsində deyib ki, bav verən böhranı Körfəz ölkələri arasında son 30 ilin ən ağır böhran kimi qiymətləndirib.
Hadisələrin inkişaf dinamikası nə vəd edir?
Hadisələrin inkişaf dinamikası, Qətərə qarşı sürülən tələblər bir daha hadisələrin daha da gərginləşəcəyindən və proseslərin hətta hərbi qarşıdurmayadək gəlib çıxacağı istisna edilmir. Çünki danışıqlar masası arxasında oturmaq üçün irəli sürülən şərtlər Doha üçün məqbul edilməzdir. Bu şərtlərin Doha tərəfindən qəbul edilməsi mövcud Əl-Tani rejiminin hakimiyyətdən getməsi deməkdir və bu da heç cür qəbul edilə bilməz.
“Foreign Policy” mətbu orqanı isə yazır ki, Qətərin izolyasiyası bölgədə yeni böyük müharibələrə səbəb ola bilər. Ona görə də Vaşinqton hadisələrin daha dramatik həddə çatmaması üçün proseslərə müdaxilə etməlidir.
Artıq bir sıra ərəb ölkələrinin, o cümlədən Türkiyə, Pakistan və Rusiyanın Qətəri müdafiə etməsi müəyyən mənada Qətərdə hakimiyyət çevrilişi təhlükəsi ideyasını minimuma endirir. Ancaq Qətərdə daxili vəziyyəti gərginləşdirmək və xalqı hakimiyyətə qarşı qaldırmaq üçün hansısa terror və ya digər çaxnaşmalardan istifadə istisna deyil.
Müharibə faktoru istisna olunduğundan Qətərin hərtərəfli. Siyasi, iqtisadi sanksiyaalrın tətbiqi ilə nəticələnməsi isə istisna edilmir. Bu gözləniləndir və böyük ehtimalla yaxın günlərdə Qətərin mövqeyində dəyişiklik edilməzsə, o zaman Dohaya qarşı sanksiyaların tətbiqinin şahidi ola bilərik.
Bir daha təkrar edirəm ki, hadisələr ancaq və ancaq Vaşinqtonun ciddi səyi ilə tərəflər bir masa arxasına oturda bilər. Ancaq buda nə zaman baş verəcək bilinmir. Görünən odur ki, Ağ Ev hələ prosesləri müşahidəçi qismində izləməklə yanaşı baş verənlərdən narahatçılığını ifadə edir. Hər hansı ciddi addım atmaq barədə hələ tələsmir.
Belə olan halda Doha qarşılacağı təhlükələrdən sığortalanmaq və ona qarşı olan təhlükəni minimuma endirmək üçün aktiv xarici siyasətini davam etdirməkdədir. Məhz Türkiyənin və Pakistanın Qətərə hərbi dəstək verməsini buna misal çəkmək olar.
Pakistanın Səudiyyə Ərəbistanı ilə çox sıx münasibətinin olmasına baxmayaraq Qətər hərbi dəstək göstərməyə hazır olduğunu elan etməsi, analitiklər tərəfindən proselərin gedişind “sürpriz” hadisə kimi dəyərləndiriblər.
Gözlər yenə Moskvaya dikəlir
Hadisələrin belə bir məqamında Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-Tani iyunun 10-da Moskvaya səfər edəcək. Səfərdə son hadisələr, Yaxın şəqrdəki ümumi vəziyyət, o cümlədən Suryadakı proseslərin, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Rusiya XİN başçısı sergey Lavrovla keçiriləcək görüşlər nə ilə nəticələnəcək bu barədə indidən nəsə demək çətindir.
Ancaq Moskvada son hadisələr zamanı Rusiyanın adının hallanması və xaker məsələsinin müzakirə olunacağı da istisna edilmir.
Amma bununla belə zamanında rusiyanın ən çətin durumunda Qətərin Rusiyaya etdiyi dəstəyin qarşısında, bu dəfə Doha Moskvadab cavab addımının atlmasını istəyəcək. Bu da ondan ibarətdir ki, 2016-ci ilin dekabrında Qətərin Suveren Fondu “Global Energy Commoditiesand Resources” kampaniyasi ilə əldə etdiyi razılaşma əsasında “Rosneft”-in 19,5 faiz səhmini alıb. Marqlısı budur ki, bu barədə danışıqlar çox gilzi aparılıb və razılaşma imzalananadək hər hansı informasiya sızmasına yol verilməyib. Belə bir əməliyyatın uğurla həyata keçirilməsi və Qətər fondu tərəfindən “Rosneft”-in böyük həcmdə səhm paketini Qərb alımində çox ciddi rezonansa və çaşqınlığa səbəb oldu. Çünki Rusiyanın sanksiya altında olduğu bir məqamda belə bir razılaşmanın əldə olunması ilk növbədə ABŞ-ı pis vəziyyətdə qoydu. Ona görə ki, əldə edilən razılaşma dünyanın işgüzar və siyasi dairələrində Putinin fenomenal uğuru kimi dəyərləndirildi. Bu razılaşmadan sonra “Rosneft”-in səhmləri və Rus rublunun dəyəri kəskin surətdə qalxdı. Rsuların əldə etdiyi bu uğuru hətta bəzi işgüzar dairələr “nüvə bombası” effekti kimi də qiymətləndirdilər. Məhz bu hadisədən sonra Rusiyanın Yaxın Şərqdə nüfuz artmağa başladı. Yaxın Şərq və dünya birliyi bir daha o qərara gəldi ki, Rusiyasız bölgədə hər hansı siyasi-hərbi vəziyyəti həll etmək mümkün deyil. Qərbdə də rusiyameylli qüvvələrin və iqtisadi mərkəzlərin aktivləşməsi hiss olunmağa başladı. Bax bu hadisələrədən sonra növbə Moskvanındır.
Moskva bunun qarşılığında Dohaya qarşı hansı addımları atacaq. İona görə də bütün diqqət iyunun 10-da moskvada reallaşacaq Rusiya Qətər XİN başçılarının keçiriləcəyi görüşlərə və ondan əldə ediləcək nəticəyə yönəlib. Çünki bu danışıqlar çox şeyi dəyiə bilər.
Yenə Suriya
Moskva görüşü Suriydakı vəziyyətin koordinal surətdə dəyişməsinə gətirib çıxara bilər. Danışıqlar elə nəticələnə bilər ki, Suriyadakı proseslərdə biz tam əksinə proseslərin inkişafının şahidi ola bilərik. Necə deyərlər hadisələr Ankara-Moskva-Tehran formatının mövqeyinin möhkəmlənməsinə xidmət edə bilər və bu istisna deyil. Qətər özünü müttəfiqlərindən qorumaq və xilas yolu seçmək üçün bu addımlara getməsi mümkündür. Ona görə ki, Suriyada döyüşən İŞİD tərkibindəki bəzi qruplaşmalar, o cümlədən Azad Suriya Ordusunda döyüşənlər “Müsəlman qardaşları” simpatiziləri olduğunu nəzərə alsaq, digər məqam isə burada döyüşən “Əhrar əş-Şam” ətşkilatı məhz Qətər tərəfindən maliyyələşir. “Hizbullah” və HƏMAS-ın da Qətərlə əlaqələrini bura əlavə etsək, o zaman vəziyyət aydınlaşar. Gözləyək görək iyunun 10-da Moskvada Qətər-Rusiya danışıqları necə yekunlaşır… Çünki bu görüş hadisələrin hansı istiqamətdə inkişafına müəyyən aydınlıq gətirə bilər.
Mürtəza Bünyadlı
Gununsesi.info