“Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq” - Rövnəq Abdullayev mükafat mövzusunu qabartmamağı xahiş etdi

  • By admin
  • 12 Oktyabr 2016 09:08

cexi

“Әla nәticәdi. Komandanı tәbrik edirәm”.

HTML tutorial

Gununsesi.info məlumat verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan milli komandamız qolsuz bərabərliyə nail ola bilib.

Matç başa çatdıqdan sonra federasiya prezidenti qısa açıqlama verib: “Prosineçkiyә dә tәşәkkür edirik. Çәtin olsa da, hәr kәs әlindәn gәlәni etdi vә çox lazımlı xal qazandıq. Gözlәnilmәzdi, ancaq gәlin, eyforiyaya qapılmayaq”.

“Yığmanın ilk 3 oyunda 7 xal qazanması vә buna qol buraxmadan nail olmasının mükafatı nә olacaq” sualına isə o,  belə cavab verib: “Gәlin, mükafat mövzusunu qabartmayaq. Meydana çıxıb, vәtәn uğrunda çalışırıq”.

Gununsesi.info