“Gözləri görməsə də, oxumaqdan vaz keçmədi…” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 03 Avqust 2016 22:00

qanira-3

 

“Gözləri görməsə də, oxumaqdan vazkeçməyərək, jurnalistika fakultəsinə daxil olan dəyərli gənclərimizdən Xətayi Azayevin ailəsini ziyarət edib,təbrik etdik. Dərsləri bacısına,dostlarına oxudub səsini yazaraq dinlməklə, görməyən insanların təhsil ala bilməsinə yardım edən hazırlıq kurslarına getməklə öyrənməkdən vazkeçməyən, 3 il qazana bilməsə də, yorulmadan arzusunun arxasınca gedərək jurnalistika fakultəsini qazanan Xətayinin həyat hekayəsi minlərlə gənc üçün gözəl bir örnəkdir”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva qeyd edib. Onun qeyd etdiyinə görə, Xətai ilə gözəl söhbət edib və inanır ki, o, ən yaxşı jurnalistlərdən biri olacaq.

“Gözəl bir qəlbə sahib olan Xətayinin bəlkə özündən də çox uğuruna sevinən əziz anasını və atasını da təbri edirəm. Anasının gözlərindən süzülən sevinc gözyaşları hamımızı duyğulandırdı. İnşallah Xətayi bundan sonra da gözəl ailəsini və hamımızı gözəl uğurları ilə sevindirəcək. Yolun açıq olsun əziz Xətayi!Allah hər zaman yardımçın olsun! Xətayi dəyərli jurnalistlərimizdən və dostlardan Aida Eyvazovanın da doğmalarıdır və hər zaman qayğısı ilə ailənin yanındadır. Gözəl söhbət etdik və bu gözəl ailəyə Allah hər zaman yardımçı olsun!”-deyə, millət vəkili sonra qeyd edib.

qanira-4

Gununsesi.info