Gözün müalicəsində yeni üsul tapıldı

  • By admin
  • 16 Yanvar 2021 09:34
Şanxaydan olan bir qrup tədqiqatçı gözün buynuz qişasının iltihabının müalicəsində yeniliyə imza atacaqlar.

Bu barədə Gununsesi.org “Shanghai Daily” nəşrinə istinadən xəbər verir.

Keratitin (buynuz qişasının iltihabı – Red) əsas səbəbi sadə herpes virusu sayılır. Herpes virusuna yoluxan insanın gözün buynuz qişası iltihablanır. Nəticədə infeksion mənşəli Keratit görmənin itirilməsi ilə nəticələnir.

Tədqiqatın aparıcı müəllifi Honq Çzyasu bildirib ki, müasir dərmanlar yalnız simptomları idarə etməyə kömək edir:

“Virus sinir sisteminin içində qaldığı üçün dərmanlar ona təsir etmir. İnsanlar buynuz qişa transplantasiyası əməliyyatı etsələr belə, relaps (xəstəliyin təkrarlanması – Red) baş verə bilər. Yeganə müalicə yolu virus genomunun parçalanmasıdır”.

Elmi dəlillərə görə, genomun düzəldilməsi virusu öldürür və residiv baş vermir. Bundan əlavə, elm adamları gen terapiyasını hədəfə çatdırmaq üçün yeni texnologiya da yaradıblar. Siçanlardakı uğurlu təcrübələrdən sonra, donor insan qişasından istifadə edilərək bir sıra sınaqlar həyata keçirilib. Təcrübələrin müsbət nəticələr verdiyi qeyd olunub.

Gununsesi.org