
“Grand Hospital”da kütləvi ixtisar olub.
Gununsesi.info-ya daxil olan xəbərə görə, özəl klinika rəhbərliyinə Yalçın adlı Türkiyə vətəndaşı olnan yeni direktor gətirilib. Bundan sonra klinika həkimləri kütləvi şəkildə işdən çıxarılmağa başlanılıb. Belə ki, 2 gün əvvəl – yəni şənbə günü illərdir, klinikada işləyən həkimlər səhər işə gəldikdə əvvəlcədən heç bir xəbərdarlıq edilmədən otaqlarına buraxılmayıblar.
Nə baş verdiyini anlamayan həkimlər rəhbərliyə müraciət edib. Klinika rəhbərliyi onlarla daha işləmək istəmədiklərini, yerlərinə Türkiyədən həkim gətirdiklərini bildirib. Həkimlərin qarşılaşdığı bu “sürpriz” ciddi narazılığa səbəb olub.
İşdən çıxarılan həkimlərdən biri Gununsesi.info-ya bu barədə ətraflı danışıb: “May ayının 18-19-da Türkiyədən 30 nəfərlik həkim kantigentinin gətirilməsidir. Türkiyədən Bakıya gətirilən həkim dəstəsinin Səhiyyə Nazirliyindən heç bir rəsmi icazəsi yoxdur. Sadəcə olaraq onlar Bakıda oturum vizası alıblar. Onlar Türkiyədə heç bir iş qabilliyyəti olmayan həkimlərdir. Onları gətirərək birdən-birə Azərbaycandakı həkimlərə sanki soyqırım şəkilində iş yerinizi dərhal tərk etməlisiz deyə göstəriş veriblər.
İşdən çıxarılan həkimlər. Baş həkim Şahin doktor, cərrah Seymur Musayev, uroloq Seymur Mehdiyev, travmatoloq Sənan Aşurov, LOR həkimi Pərviz Aslanov və Tələt Şəfiyev və adını çəkmədiyimiz Bakının ən aparıcı həkimlərini və orta tibb heyətini ümumlikdə 100-ə yaxı həkimi işsiz qoyaraq onlara gedin özünüzə başqa yerdə iş tapın deyə göstəriş verilib. Reanimasiyada xəstə yatır, planlı əməliyyatlar dayandırılıb sanki klinikada soyqırım hadisəsi baş verib. Həkimlər iddia edirlər ki, ermənilər belə soyqırım edəndə 4-5 ay öncə xəbərdarlıq atəşi açdılar. Amma “Grand Hospital”da isə qabağcadan heç bir xəbərdarlıq olmadan 100-ə yaxın işçini 1 günün içində işdən çıxardıblar. Həkimlər Prezident Administrasiyasına, Səhiyyə Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə işdən çıxarılması ilə bağlı məlumat verəcəklər.
İşdən çıxarılan həkimlər iddia edirlər ki, “Grand Hospital”da ciddi şəkildə vergi yayınmaları mövcüddür. İşdən qovulan həkimlər klinikanın həyatında çadır quracaqlarını deyirlər. Onlar iddia edirlər ki, bizə ən azı 1-2 ay vaxt verilməli idi ki, biz özümüzə yeni iş yeri tapaq”.
Qeyd edək ki, sözügedən hospital bir müddət öncə xəstə ölümləri ilə gündəmə gəlmişdi. Daha sonra vergi yoxlamaları başlanılmış və işçilərin çoxunun əmək müqaviləsiz işlədilməsi ortaya çıxmışdı.












