
Kaliforniya sahillərində “Grand Princess” kruiz laynerinin göyərtəsində koronavirusa yoluxanların, demək olar, hamısı sağalıb.
Gununsesiaz.info “RİA Novosti”yə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında “Carnival Corporation” kruiz şirkətinin baş həkimi Qrand Tarlinq deyib.
“Test üçün seçdiyimiz ilk 45 nəfər – üzən zaman xəstəliyin əlamətləri barədə məlumat verənlərdir. Onların çoxu sağalıb, lakin kayutlarda izolyasiyada qalmaqdadırlar”, – baş həkim telefon brifinqi zamanı bildirib.
Onun sözlərinə görə, daha əvvəl koronavirus diaqnozu qoyulan 21 nəfər müxtəlif milliyətlərdəndir.
Qeyd edək ki, “Grand Princess”in göyərtəsində 54 ölkədən 2422 sərnişin və 1111 ekipaj üzvü daxil olmaqla, ümumilikdə 3533 nəfər var.