GUAM Azərbaycanı Konstitusiya Günü münasibətilə təbrik edib

  • By ilhame
  • 12 Noyabr 2023 13:59

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM katibliyi Azərbaycan xalqını 12 Noyabr – Konstitusiya Günü münasibətilə təbrik edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir:

“Azərbaycan Respublikasını Konstitusiya Günü münasibətilə təbrik edir və ən xoş arzularımızı çatdırırıq”.

Qeyd edək ki, GUAM Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilatdır. Qurum 10 oktyabr 1997-ci ildə yaradılıb.

Gununsesi.info