GUAM Katibliyi: Azərbaycan xalqı ilə həmrəyik

GUAM Katibliyi Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olanların ailələrinə başsağlığı verib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə təşkilatın “Twitter” hesabında paylaşım edilib.

“GUAM Katibliyi həlak olan Azərbaycan hərbçilərinin ailələrinə dərin hüznlə başsağlığı verir və Azərbaycan xalqı ilə həmrəylik içərisində olduğunu vurğulayır”, – deyə qeyd olunub.

 

 

Gununsesi.org