GUAM ölkələrinin baş nazirlərinin sammiti MOLDOVADA KEÇİRİLƏCƏK

GUAM ölkələrinin baş nazirlərinin sammiti

Gürcüstan baş naziri Giorgi Kvirikaşvili bu ilin iyunun 21-də Moldovada keçiriləcək GUAM sammitində iştirak edəcək.

 

Gununsesi.info APA-ya istinadən bildirir ki, bu barədə G. Kvirikaşvilinin 54-cü Münhen Təhlükəsizlik Konfransı çərçivəsində moldovalı həmkarı Pavel Filiplə keçirdiyi görüşdə bildirilib.

 

Görüşdə G. Kvirikaşvili Gürcüstanın Moldovanın GUAM-a sədrliyi çərçivəsində fəal əməkdaşlığa dəstək verməyə hazırlığını ifadə edib.

 

Tərəflər həmçinin ikitərəfli münasibətlər, Avrointeqrasiya və hər iki ölkədə həyata keçirilən islahatlar barədə fikir mübadiləsi aparıb. Baş nazirlər ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurlu olduğunu vurğulayıblar.

 

Qeyd edək ki, 2018-ci ildə GUAM təşkilatına Moldova sədrlik edəcək.

Gununsesi.info

COMMENTS