GUAM PA Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi ilə bağlı monitorinqlərin nəticələrinə dair brifinq keçirib.
Gununsesi.info-nun məlumatına görə, təşkilatın baş katibi Altay Əfəndiyev GUAM PA-nın bəyanatını səsləndirib.
Onun sözlərinə görə, bu gün keçirilən seçki milli qanunvericiliyə uyğun həyata keçirilib:
“Mərkəzi Seçki Komissiyası (MSK) seçki prosesini düzgün şəkildə təşkil edib. Bizim nümayəndə heyətinin olduğu seçki məntəqələrində hər hansı qanun pozuntusu qeydə alınmayıb. Seçicilər lazımi informasiyadan istifadə etmək hüququna malik olublar. Namizədlərin seçki prosesi tam şəffaf keçirilib. Seçicilər öz namizədlərinə səs verən zaman heç bir təsirə məruz qalmayıblar”.
Gununsesi.info