
İngiltərənin tanınmış yayım orqanı olan “The Guardian” Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi zəkası haqqında maraqlı yazı hazırlayıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğanın bir kozer ustası olduğunu bildirən “Guardian” NATO Zirvəsi öncəsində İsveç, NATO, Amerika və Türkiyənin çoxtərəfli danışqlarından bəhs edib.
“Guardian” Türkiyənin Prezidentini “Ərdoğan həmlə etməzdən öncə rəqibinin zəif tərəflərini bilən bir kozer ustası” ifadəsi ilə təsvir edib.
Vilnusdakı siyasi çıxışlar və qərarları analiz edən ingilis yayım orqanı toplantı zamanı önəmli addımları, siyasi gedişləri incə-incə təhlil edib.
Zirvənin sonlarına yaxın Ərdoğanın İsveçin NATO-ya qatılma prosesində son sözün və yetkinin Türkiyə Böyük Millət Məclisində olmasını bütün dünyanın qarşısında toplantı iştirakçılarının üzünə söyləyib.
Bir çox böyük, qlobal yayım dərgiləri bu addımı “sürpriz yenilik” olaraq dəyərləndirib.
Durum belə olduqda, növbəti dəfə Ərdoğanın siyasi gedişləri və diplomatik “hiylələri” analizçiləri özünə heyran buraxıb.
“Guardian” Ərdoğanın yeni həmləsinin beynəlxalq siyasət oyununda müttəfiqlərinin qəmginliyinə səbəb olsa da, İsveçə Türkiyə tərəfindən istənilən maddələrin hər birini qəbul etdirməsini bir uğur kimi qiymətləndirib.
Arzu