Güc strukturlarımız almanları qabaqladı

  • By admin
  • 23 Aprel 2017 20:22

dtx_xeq_14

 

Azərbaycan ölkəyə baş çəkən turistlərin təhlükəsizliyi reytinqində Almaniyanı keçib.

Virtualaz.org xəbər verir ki, bu barədə alman nəşri “Direkt” yazıb.

Reytinq Ümumdünya İqtisadi Forumu tərəfindən tərtib edilir və orada polisin etibarlılığı, cinayətlərin sayı və terror aktları ehtimalı nəzərə alınır.

İnformasiyaya əsasən, 2015-ci ilin reytinqində Almaniya 20-ci yerdə olub, bu il isə 31 pillə geriləyərək 51-ci yerdə qərarlaşıb.

Azərbaycandan başqa Rumıniya, Mərakeş və Bəhreyn də reytinqdə Almaniyanı keçiblər.

Turistlərin təhlükəsizliyi sahəsində Finlandiya liderlik edir. İkinci yerdə Birləşmiş Ərəb Əmirlikləri, üçüncüdə İslandiyadır.

İlk onluqda, həmçinin Oman, Honkonq, Sinqapur, Norveç, İsveçrə və Qətər yer alıblar.

Nəşr qeyd edir ki, yalnız Almaniya deyil, başqa aparıcı Avropa ölkələri də turistlər üçün təhlükəsizlik reytinqində liderlik mövqelərini itiriblər: Fransa 67-ci, İtaliya – 70-ci , Böyük Britaniya isə 78-ci yerdə qərarlaşıblar.

Nigeriya, Pakistan, Salvador, Yəmən və Kolumbiya turistlər üçün ən pis ölkələr hesab olunub.

 

Gununsesi.info